Sosial
Vətən müharibəsi iştirakçısı “Azəriqaz”da işlə təmin olundu
Ölkənin ən böyük müəssisələrindən biri olan “Azəriqaz” İstehsalat Birliyinin 8500 nəfərə yaxın işçi heyəti var ki, onun da 500 nəfərdən artıq hissəsi şəhid ailəsi üzvü və Qarabağ müharibəsi iştirakçılarıdır.
Bu barədə Publika.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Birlik bu həssas əhali kateqoriyasına aid olan şəxslərin yalnız qaz təchizatı ilə bağlı problemlərini həll etmir, həmçinin onların Birlikdə müvafiq işlə təmin olunmaları istiqamətində də işlər görür.
Vətən müharibəsi iştirakçısı Oqtay Həsənov “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən müraciət edərək işə qəbul olunmasında ona köməklik göstərilməsini xahiş edib. Baş direktor Birliyin müvafiq strukturuna Vətən müharibəsi iştirakçısının işlə təmin olunması məqsədi ilə tapşırıq verib.
Verilmiş tapşırığa əsasən, Oqtay Həsənov 17.12.2021 tarixində Birliyin Anbar Təsərrüfatı İdarəsində işə qəbul olunub. Qısa müddət ərzində Birlikdə çalışmağa başlayan O.Həsənov işindən və “Azəriqaz” İB kimi ailənin bir üzvü olmasından məmnun olduğunu bildirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)