Sosial
"Nizaminin evi" bərbad vəziyyətdə - FOTOLAR
Gəncədə el arasında “Nizami Gəncəvinin evi” kimi məşhurlaşan tikili bərbad vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Gəncənin tanınmış ziyalılarından olan Bəxtiyar Çələbi Publika.az-a açıqlamasında deyib ki, el arasında “Nizaminin evi” adlandırılan bu tikili 1981-ci ildə “Nizami” kinofilmində dahi şairin evinin proobrazı olaraq yerli memarlıq üslubunda, yerli tikinti materiallarından inşa edilmişdi: "Bir müddət sonra ev mədəniyyət irsi kimi siyahıya daxil edildi. Lakin baxımsızlıq üzündən bu abidə çox bərbad vəziyyətə düşüb. Bu il bərpa ediləcəyi deyilsə də, hələ ki, bu prosesə başlanılmayıb".
Qeyd edək ki, 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib.
Tural Turan
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































