Sosial
Qarabağın bərpası üçün vəsait artırılır - Samir Şərifov
“Cari ilin büdcəsində siyasi partiyalara maliyyə 25 faiz artırılıb. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli artımdır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazir eyni zamand deputat Fazil Mustafa və Tahir Kərimlinin tədris ilinin sentybrın 1-dən başlaması haqda təkliflərini şərh edib:
”Mən dərslərin başlanması vaxtı ilə bağlı fikirlər irəli sürmürəm. Əmək haqlarına aydınlıq gətirərək deyim ki, təlim-tədris müəssisəsində işləyən şəxslərə yay tətili dövründə əmək məzuniyyəti verilir. İyulun 1-dən məzuniyyətə çıxan müəllimlər avqustun sonunda işə qayıdırlar. Əmək haqları ilə bağlı hər hansı problem yoxdur”.
Nazir Şərifov deputat Rəşad Mahmudovun ötən iclasda təhsil və səhiyyə xərclərinin artırılmasına dair təklifinə də münsibət bildirib:
“Ötən iclasımızda təhsil və səhiyyə xərclərinin artırılması barədə təklif irəli sürüldü. Qeyd edim ki, bu sahə hər zaman hökumətin diqqət mərkəzində olub. Son illər bu istiqamətdə xərclərin artırılması üçün işlər görülür.
Qeyd edilməlidir ki, bu gün məclisdə büdcəyə yenidən baxılır və bu sahələrlə bağlı artım yoxdur. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin gəlirləri prioritet sahələrə yönəldilir. Nəticə etibarı ilə investisiya və müdafiə xərclərinin çəkisi artacaq. Müvafiq olaraq təhsil və səhiyyə xərcləri olduğu kimi qalır. Azərbaycan inkişafda olan dövlətdir.
Nəzərə alsaq ki, erməni vandalları bizə vurduğu ziyanın aradan qaldırılması, Qarabağın və şərqi Zəngəzurun bərpası üçün külli miqdarda vəsaitə ehtiyac var. Belə bir şəraitdə bu xərclərin ümumi çəkisi büdcədə yüksək olacaq. Ancaq qaldırılan sahələr hökumətin diqqətindədir və Ümum Daxili Məhsulun artımı ilə paralel artırılacaq”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)



















.jpg)






.jpg)


