Sosial
Azərbaycandakı 4 məşhur saytın sahibi gürcüdür - Şok
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti son bir ildə 1 milyard dollar azalıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı məşhur “forbes.com” portalı açıqlayıb.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
“Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub. Ötən ilki siyahıda Lomtadze Qazaxıstanın ən varlı şəxsləri arasında 12-ci sırada yer alıb.
“Forbes”in bugünə olan məlumatında isə göstərilir ki, Lomtadzenin sərvəti 2,2 milyard dollar təşkil edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





