Sosial
ANAMA uşaqlar üçün maarifləndirici ekskursiya təşkil etdi - FOTO
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayon Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib.
Publika.az xəbər verir ki, ekskursiyada ibtidai sinif daxil olmaqla, 6 və 11-ci sinif şagirdləri və müəllim heyəti iştirak edib. Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaqdır.
Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə sursat maketlərindən ibarət sərgi yaradılaraq, onların təhlükəsi, yarada biləcəyi xəsarətlər barədə təsəvvür yaradılıb, düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldədüzəlmə partlayıcı qurğular haqda məlumat verilib.
Horadiz Mərkəzinə səfər edən şagirdlər əyani olaraq minaaxtaranın fərdi qoruyucu geyimi, istifadə etdiyi alət və avadanlıqlar, mexaniki minatəmizləmə maşınlarının iş prinsipi ilə tanış olublar.
Minaaxtaranların dörd-ayaqlı dostları olan xüsusi təlim keçmiş itlərin saxlanma şəraiti, oyun meydançası, təmizləmə əməliyyatlarına verdiyi dəstək, onların bələdçiləri ilə ünsiyyəti şagirdlərin xüsusi marağına səbəb olub.
Mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən şagirdlər əldə etdikləri bilikləri valideynləri və öz həmyaşıdları ilə də bölüşərək, maarifləndirmə təbliğatına dəstək olacaq və bununla da mina təhlükəsi riskinin azaldılması, vətəndaşlarımızın minadan zərərçəkmə hallarının qarşısının alınmasında öz töhvəsini verəcəkdir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)


















.jpg)

.jpg)
