Sosial
Bu rayonun İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Publika.az xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.
Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.
İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.
Namiq Zeynalov son söz üçün vaxt istəyib.
Proses iyulun 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
(Trend)
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar






































