Sosial
"Azəriqaz"da əməkdaşlıq görüşü keçirildi - FOTO
SOCAR “Azəriqaz” İstehsalat Birliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnstitutunun rəhbərliyi ilə Birlik rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirilib.
Publika.az “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin baş direktoru Ruslan Əliyev qonaqlara qurumun fəaliyyəti haqqında qısa məlumat verib.
Müştəri məmnunluğunun hər zaman rəhbərlik etdiyi qurumun prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Ruslan Əliyev adıçəkilən institutla əməkdaşlığında bu sahəyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
İnstitutun baş direktorunun birinci müavini, baş direktorun vəzifəsini müvvəqəti icra edən İlham Bayramov da öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. O qeyd edib ki, istehlakçılar tərəfindən istifadə olunan qaz cihazları və avadanlıqlarının müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etməklə müştəri məmnunluğunun artırılmasına nail olunacaq.
Sonda hər iki qurumun rəhbəri əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müqaviləsinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
