Sosial
Türkiyəli nazir Şuşada - FOTO/YENİLƏNDİ
Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti bu gün ölkəmizin mədəniyyət paytaxtı Şuşada oldular.
Publika.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova ilə birlikdə qonaqlar öncə Füzulidə Merdinli Məscidini ziyarət edərək, məscidin erməni qəsbkarları tərəfindən viran edilməsinin əyani şahidi olublar. Daha sonra bütün müasir və beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanışlıq olub.
Səfər nümayəndə heyətinin Şuşa şəhərinin tarixi və gələcək inkişaf planları ilə tanış olması ilə davam edib. Eyni zamanda Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri, Bülbülün ev-muzeyi, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələri və Cıdır düzü ziyarət edilib.
Cıdır düzünü ziyarət edən qonaqlar füsunkar mənzərəyə malik Şuşada olmaqdan son dərəcə məmnun olduqlarını bildiriblər. Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işlərinin sürət və keyfiyyətini xüsusi olaraq vurğulayıblar.
Həmçinin Ədalət və Azadlıq uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini minnətdarlıq hissi ilə yad ediblər.
xxx
09:34
Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib.
Publika.az xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.
Xatırladaq ki, D.Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)



.png)















.jpg)
.jpg)





