Sosial
Yanvar ayından pensiyalar ARTIRILACAQ
“2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”.
Bunu Publika.az-a açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda göstərilən məsələ ilə bağlı müddəaları şərh edib.
Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır:
“Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır. Ümumiyyətlə, hesab edirəm ki, qeyri-neft sektorunun güclənməsi və ixrac imkanlarının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bu da nəticə etibarilə sosial təminat üçün yeni maliyə bazasını formalaşdırır”.
Rövşən Ziya
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
