Sosial
Yaylaq Festivalı zamanı böyük tıxac yaranıb? - DİN-dən AÇIQLAMA
“Bəzi saytlarında ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların tıxacda qalması ilə bağlı əsası olmayan xəbərlər dərc olunub. İlk növbədə qeyd edim Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Publika.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
“Bu, tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yolbir tərəfli olmaqla bərabər, sərt dolanbac və yoxuşludur. Həmin səbəblərdən ərazidə adi günlərdə də müyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir. Əlavə olaraq dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb oldu, lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin edib. Onu da qeyd edim ki festival müddətində nə cinayət nə də inzibati xarakterli hüquqpozma qeyd alınmayıb, bununla yanaşı, hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib”, - o əlavə edib.
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı









.jpg)











.webp)













.jpg)


