Sosial
Bir damcı dəyər verək
“Su həyatdır” şüarı nə qədər şablon səslənsə də, suyun həyatımızda oynadığı müstəsna rola görə bu fikrin aktuallığı hər ötən gün daha da artır. Su təkcə insan bədəninin 70%-ni təşkil etməklə həyati önəm daşımır, həm də gündəlik həyatımızın ayrılmaz hissəsi olması ilə əhəmiyyətlidir. Səhər yuxudan oyandığımız andan gecə yatana qədər günümüzü bu və ya digər şəkildə su ilə birlikdə yaşayırıq. Bəs istifadə etdiyimiz suya lazımi dəyəri veririkmi? İlk baxışdan asanlıqla əldə etdiyimiz bu nemətin heç də tükənməz olmadığı barədə düşünürükmü?
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin növbəti mərhələsi məhz insanlarda suya qənaət vərdişlərinin aşılanması məqsədini daşıyır.
Layihənin “Bir damcı dəyər verək” adlanan bu mərhələsində gündəlik həyatda rastlaşdığımız üç müxtəlif situasiyada sudan istifadə zamanı diqqətsizlik səbəbindən nə qədər su israf etdiyimizi əks etdirən reklam çarxı hazırlanmışdı. Layihənin qəhrəmanı Bir Damcının dili ilə çatdırılan bu situasiyalarda əslində hər gün hamımızın rastlaşdığı, yaxud özümüzün iştirakı ilə baş verən suyu israf halları göstərilir. Bu cür hallar zamanı özümüzə “Axır niyə” sualını verməyimiz kifayətdir ki, su israfının qarşısını almaq üçün dönüş yaradan addımlar ataq, özümüzdə sudan qənaətlə istifadə vərdişlərini formalaşdıraq.
Kampaniyanın əhatə dairəsini genişlətmək məqsədilə reklam çarxından əlavə paytaxtın müxtəlif yerlərində küçə reklamları, posterlər yerləşdirilmiş, radiostansiyalarda reklamlar yayımlanmış, sosial şəbəkələrdə interaktiv məzmun paylaşılmışdır.
Qeyd edək ki, sözügedən kampaniyanın birinci mərhələsi bir ay əvvəl başlamış, “Bir damcı öyrənək” şüarı ilə evlərimizə gələn suyun keçdiyi uzun və çətin yol geniş auditoriyaya çatdırılmışdır. Televiziya kanalları, çöl reklam daşıyıcıları, rəqəmsal platformalar da daxil olmaqla müxtəlif kommunikasiya vasitələrini əhatə edən kampaniyaya bloqer və məşhurlar da cəlb olunmuş,
Kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından, layihənin Facebook və Instagram səhifələrindən tanış ola bilərsiniz.
“Bir damcı” kampaniyasının kommunikasiya strategiyası ölkənin öndə gedən agentliklərindən olan “Maverick” kommunikasiya agentliyi tərəfindən işlənib hazırmış, istehsalat işlərini isə Bakı Media Mərkəzi həyata keçirmişdir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO