Sosial
Xəzər rayonunda qeyri-qanuni su xətlərinin çəkilişinin qarşısı alındı - FOTO/VİDEO
Bakının Xəzər rayonunda qeyri-qanuni içməli su şəbəkəsinin yaradılmasına cəhdlərin qarşısı alınıb.
Publika.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlum olub ki, özlərini səhmdar cəmiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs pul müqabilində vətəndaşların evlərinə su xətləri çəkir. Belə ki, Mərdəkan qəsəbəsində Raco adlı şəxs əsasən gecə saatlarında asvalt küçələrdə xüsusi texnika ilə qazıntı işləri aparıb, yol örtüyünü dağıdılaraq 600 metr uzunluğunda su xətti çəkib.
Buzovna qəsəbəsində isə qanunsuz su xətti çəkən şəxs bir neçə fərdi yaşayış evinə birləşmə verilməsi üçün sakinlərdən pul tələb edib. Bəzi vətəndaşlar onların vədlərinə aldanaraq tələb olunan pulu veriblər. Qanunsuz olaraq su xətləri çəkilib, evlərə birləşmələr verilib. Həmin şəxslər sayğacların qoyulacağını və abonent kodu veriləcəyini vəd etsələr də yoxa çıxıblar.
Bu cür hallar ərazidə yaşayan digər sakinlər üçün də problemlər yaradır. Belə ki, qeyri-qanuni su xətlərinin çəkilməsi hidravliki rejimlərin pozulmasına səbəb olur. Nəticədə içməli sudan qanuni istifadə edən abonentlər normal su ala bilmirlər. Araşdırmalardan məlum olub ki, Xəzər rayonunun digər yaşayış məntəqələrində, xüsusilə Binə qəsəbəsində belə hallara daha çox rast gəlinir. Raco, Şaiq, Ramin, Lazım və digər şəxslər vətəndaşlarla sövdələşməyə gedərək pul müqabilində qanunsuz su xətləri çəkir.
"Vətəndaşlara tövsiyə edirik ki, bu cür təkliflərə aldanıb sövdələşməyə getməsinlər. Çünki belə hallarda sənədləşmə aparılmır, abonentlər sayğacla təmin edilmir və kod verilmir. Üstəlik qanunsuz çəkilmiş su xətləri ləğv edilir.
İçməli su şəbəkəsinə qoşulma yalnız yeni mərkəzləşdirilmiş içməli su şəbəkələrinin yaradılması layihələri çərçivəsində, həmçinin mövcud şəbəkələrə qoşulmaq üçün alınmış texniki şərt əsasında həyata keçirilir. Şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün bundan sonra da hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?



























.jpg)










