Sosial
Bakının tıxac problemini yalnız belə həll etmək olar - TƏKLİF
“Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə günün istənilən saatında tıxaclar var. Tıxaclar səhər və axşam saatlarında dözülməz həddə çatır. Birmənalı şəkildə ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər bu tıxacda böyük pay sahibidir. Tıxacların həm avtomobillərə texniki və maddi, həm insanlara əsəb və psixoloji baxımdan, həm də işçi qüvvəsinin ciddi vaxt itkisi baxımdan böyük təsiri var. Məsələ ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq. Bu uzun və bahalı bir prosesdir”.
Publika.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.
K.Əsədov təklif edib ki, ilk növbədə mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerlərini azaltmalı, bölgə universitetlərində plan yerlərini artırmaq hesabına isə Bakıya gələcək insanların sayını süni şəkildə azalda bilərik.
“Bundan başqa, insan hərəkətinin sayını azaltmaq üçün pandemiya dövründə olduğu kimi ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə bəzi fənlər distant formada tədris olunmalıdır. Misal üçün, həftədə bir neçə gün dərslər onlayn formada tədris olunmalıdır ki, bu da aktiv hərəkətin sayını azaldacaq”, - K.Əsədov vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 40-ı dövlət, 11-i isə özəl universitetdir. Ali məktəb tәlәbәlәrinin sayı 212,2 min nəfərdir.
Ölkəmizdə 59 orta ixtisas təhsili müəssisəsi (kollec) fəaliyyət göstərir ki, onun da 53-ü dövlət, 6-sı isə özəldir. Orta ixtisas təhsili müəssisələrində 63,1 min tәlәbə təhsil alır.
Akqabay Mıradov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


