Sosial
Lənkəranda Nəsimiyə gizli heykəl qoyulur: sifarişçisi kimdir? - FOTO
Sosial şəbəkələrdə Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılması ilə bağlı artıq bir neçə gündür ki, görüntülər yayılıb. Bir qisim bunun Şuşaya aid olduğunu bildirsə də, digərləri heykəlin Lənkəranın Təngivan kəndində İmadəddin Nəsimiyə aid olduğunu deyir.
Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının köməkçisi Elnur Hüseynov Publika.az-a bildirdi ki, yayılan xəbərlərdən məlumatlıdırlar:
“Biz də sosial şəbəkələrdə görmüşük. Amma bu heykəlin Təngivan kəndində ucaldılması ilə bağlı məlumatımız yoxdur. Çünki heykəlin ucaldılması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti sifariş verməyib. Bu məsələ bizim səlahiyyətimizdə deyil. Təngivana gedib baş çəkməmişik, çünki kimsə həyətində nəsə düzəldibsə və bu, şəxsən öz təşəbbüsüdürsə, buna biz cavab vermirik”.
Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisinin kim olduğuna gəlincə, Təngivan kəndinin də daxil olduğu bələdiyyənin sədri Kamal Hüseynov onun sahibkar tərəfindən ucaldıldığını deyib:
“Biz bu işə qarışa bilmirik. Onu ucaldan sahibkardır, bu məsələyə öz yanaşması var, bizim səlahiyyətimizə daxil deyil”.
Təngivan kənd ərazi inzibati dairəsinin daxil olduğu Şovu kəndinin icra nümayəndəsi Arzu Həsənov isə məsələnin gizli saxlanıldığını açıqlayıb: “Bizim heykəl barədə dəqiq məlumatımız yoxdur. Çünki bizə heç nə demirlər, gizli saxlayırlar. Tanımadığımız sahibkar tərəfindən ucaldılır. Yaxından gedib görməmişik, sadəcə kənardan izləmişik”.
Qeyd edək ki, Şuşa şəhər mədəniyyət və turizm şöbəsi yayılan məlumatla bağlı bildirib ki, Molla Pənah Vaqifin ayrıca heykəli ucaldılmır, sosial şəbəkələrdə yayılan şəkillər Şuşaya aid deyil.
Mədəniyyət Nazirliyi isə heykəlin onlar tərəfindən sifariş edilmədiyini açıqlayıb.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
