DİN-də çalışmaq istəyənlər üçün ŞANS: qəbul elan etdi
Bizi izləyin

Sosial

DİN-də çalışmaq istəyənlər üçün ŞANS: qəbul elan etdi

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində xidmətə qəbul elan edilib.

Publika.az xəbər verir ki, bu barədə sözügedən idarə məlumat yayıb.

Xidmətə qəbul şərtləri aşağdakılardır:

Sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbul.

1. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffəflıq əsasında həyata keçirilir.

2. DİO-da xidmətə könüllülük əsasında, şəxsi və işgüzar keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, həqiqi hərbi xidmət üçün müəyyən edilmiş xidmət müddətini tam başa vurmuş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla) , Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən və bir qayda olaraq 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

3. Sıravi və kiçik rəis heyəti vəzifələrinə – tam orta, ilk peşə ixtisas, orta ixtisas və ali təhsilli şəxslər qəbul edilirlər.

4. Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan şəxslər, yalnız həmin təhsil müəssisələrini bitirdikdən sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul oluna bilər.

5. Ehtiyyatda olan zabitlərin sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulu yolverilməzdir.

6. Mühafizə qurumlarının bayır xidməti üzrə minimal boy həddi 178 santimetrdir.

7. İkili vətəbndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qəbiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara və ya daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına və ya ləyaqətsiz hərəkətlərə görə daxili işlər, habelə digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.

Mülki mühafizə xidmətində işə qəbul.

1. Mülki mühafizə xidmətinə könüllülük əsasında, şəxsi və işgüzar keyfiyyətlərinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına görə görə bu xidmət sahəsinə yararlı olan, silahlı qüvvələrdə həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti tam başa vurmuş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla) , orta, orta-ixtisas və ali təhsilli, Azərbaycan Respublikasının dövlət dilini bilən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

2. İkili vətəbndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qəbiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər mülki mühafizə xidmətinə işə qəbul oluna bilməzlər.

3. Mülki mühafizə xidmətində işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və DİN-in müvafiq normativ aktlarına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyət verilmiş vəzifəli şəxsləri tərəfindən həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm