Sosial
Türkiyə Tell-Rifatda hava məkanına necə daxil olub? - Rusiya ilə razılaşma
"Türkiyə Hərbi Hava Qüvvələri Suriya və İraqda əməliyyatı Rusiya Federasiyası ilə əlaqələndirib. Rusiya tərəfi ilə müzakirələr aparılıb, fəaliyyətlərin koordinasiyası ilə bağlı daima təımas qurulub".
Publika.az “A HABER” telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, Ankara Suriyanın şimalında və İraqda hava əməliyyatı zamanı Moskva ilə hərəkətlərini əlaqələndirib.
“Bu məsələlər bizim hava qüvvələri əməliyyatları ilə əlaqədar planlarımızla bağlı müzakirə olunur. Tell-Rifatda hava məkanına necə daxil olduq? Biz bunu Rusiya Federasiyası ilə müzakirə etdik, hərəkətlərimizi əlaqələndirdik. Planlaşdırırıq, müzakirə edirik, koordinasiya edirik, hərəkətə keçirik”, - deyə Kalın bildirib.
Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirir - İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və bundan sonra quru əməliyyatının keçiriləcəyini də istisna etməyib.
Ayşən Rəhim
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL










.jpg)
























.jpg)
