Sosial
Naxçıvanda qurumlar bu sistemə inteqrasiya olunur
Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) inteqrasiya olunacaq. Bununla əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları yanvarın 5-7-də Naxçıvan Muxtar Respublikasında olublar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İESD Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli Fərmanı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb.
Xidmətin əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq edilən elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilib, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndiriblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilib, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilib.
Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulub. Ötən il İESD sistemi vasitəsilə dövlət qurumları 25 min 619 sənəd göndərib, 25 min 606 sənəd qəbul edib.
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Hadisə00:30İsmayıllıda avtomobil aşaraq yandı - Ölən və xəsarət alan var
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
-
İdman12 Sentyabr 22:12Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar, amma…







.jpg)
.jpg)
.jpg)








.jpg)















