Sosial
Silahlar kilsələrdə gizlədilirdi - Amerikadan məktublar gəlməyə başladı ki...
“Bu hadisələrin kökü 1965-ci ildən başlayıb. 1965-ci ildə Xankəndində uydurma erməni soyqırımının anım günü keçirilib.
Orda 2 azərbaycanlının başı Şaumyanın heykəlinin altında kəsilib. Hadisələr hissə-hissə hazırlanıb. Hətta 1980-ci illərdə Amerikadan bəzi siyasətçilərin Qarabağın Ermənistana verilməsini tələb edən məktubları gəlməyə başladı. 1982, 1985, 1988 və kuliminasiya nöqtəsi 1986-cı ildə Parisdə Qarabağın Ermənistana aid olması ilə bağlı, eyni zamanda "Qarabağ Ermənistana verilməlidir" kimi çıxış səsləndirildikdən sonra ermənilər silahlanmağa başladılar. Həmin silahlar da Bakıda və digər yerlərdə olan erməni və xristian kilsələrində gizlədilirdi. Və onların istifadə etdiyi silahlar müasir idi”.
Bu sözləri Publika.az-a açıqlamasında tarixçi alim Zaur Əliyev deyib.
Z.Əliyev qeyd edib ki, araşdırmalara görə, bu hadisələr 1987-ci ildə Tovuz və Gəncədə başlamalı və təxribatlar törətməli idilər.
“Ancaq bu planın üstü açıldı və dolayısı ilə Sumqayıtın üzərində dayandılar. Silahlanmış ermənilər Sumqayıtda təxtibat törətdi və dünyaya elə çatdırıldı ki, güya azərbaycanlılar ermənilərə qarşı soyqırımı həyata keçirib.
Hər kəsə məlumdur ki, hadisədən bir gecə əvvəl ermənilər silahlandılar. Azərbaycanlılara qarşı amansız qətliam törədiblər. Bu onu göstərir ki, ermənilər buna çoxdan hazırlanmışdılar. Həmin hadisələr birbaşa ASALA və Daşnaksütyunun nəzarəti altında həyata keçirilirdi”.
“Qərbi azərbaycanlıların deportasiya olunması, bizim Qarabağdan ermənilər üçün açdığımız karidor kimi olmayıb” deyə vurğulayan Z.Əliyev deyib ki, orada erməni silahlıları Azərbaycana məxsus kəndlərə hücum edib və qətliam törədiblər.
“Azərbaycanlılar bunu dilə gətirsə də, SSRİ sistemi bu faktı gizlədirdi. 20 Yanvar faciəsi isə erməni və rusların birgə hazırladığı “qisas əməliyyatıdır”.
Bakıda azərbaycanlılara qarşı silah işlətmək üçün rus ordusunun tərkibində Azərbaycana erməni terror təşkilatları gətirilmişdi. Sözügedən terror təşkilatlarının üzvləri azərbaycanlılara qarşı amansız davranışlar etdilər: avtobusları, təcili tibbi yardım maşınlarını güllələdilər, insanların üzərinə tank sürdülər ".
Tarixçi bildirib ki, 20 Yanvar hadisəsi və Xocalı faciəsi eyni ssenari üzrə planlaşdırılıb:
"Əminliklə deyirəm ki, 20 Yanvar hadisəsində azərbaycanlılara qarşı o faciəni törədənlər Xocalıda da ediblər. Biz orada eyni dəst-xətti görürük. Bu da onu göstərir ki, bu hadisələr bir-iki günün nəticəsi deyildi. Sanki onlarda bir kitabça var və onlar bütün soyqırımı, faciələri eyni üslubda törədiblər”.
Ayşən Rəhim
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO