Sosial
FHN-də Gənclər Günü ilə bağlı tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin bir qrup əməkdaşı iştirak edib.
Naziri müavini Etibar Mirzəyev tədbirdə çıxış edərək respublikamızda uğurlu gənclər siyasətinin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək gənclərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini bildirib.
E.Mirzəyev əlavə edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində vətənpərvər gənclər ordusunun yetişdiyini və bu gənc nəslin böyük Zəfərlə bitən 44 günlük müharibədə özünü bir daha təsdiq etdiyini bildirən nazir müavini Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin də şəxsi heyətinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini diqqətə çatdırıb.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-cı ildən başlayaraq 2 fevral tarixinin Azərbaycanda Gəncləri Günü kimi qeyd edildiyini, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Ulu Öndərin misilsiz rolu olduğunu bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, layiqli təhsil alması və müvafiq əmək fəaliyyəti ilə məşğul olması üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb.
Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş 100 nəfər gənc əməkdaşı FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız




































