Sosial
Bakıda kilosu 2 manata “Əla növ” sosiska satılır: 20-yə qədər sex var ki... - DƏHŞƏTLİ FAKTLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Yoxlamalar nəticəsində 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Ən qorxulusu isə bir neçə markaya məxsus kolbasa və sosiska məhsullarının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. Bunlar “Köhnə Dad”-a məxsus yarımhisə verilmiş “Servelat” kolbasası, “Sevimli Dad”-ın əla növ südlü sosiskası, “Səhliyalı”ya məxsus “Halal 5+”-in “Sacüstü” halal sosiskasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov Publika.az-a bildirib ki, Azərbaycanda hətta kiloqramı 2,25 AZN-ə də kolbasa məhsulları satılır ki, onların mənşəyi naməlumdur.
“Paytaxtda insan həyatı üçün təhlükə mənbəyi olan kolbasa və sosiskalar hələ də satılır. İstehlakçılar illərdir bu sahədə aldadılırlar. AQTA-nın yoxlamalar aparması çox yaxşı haldır. Lakin agentlik, düşünürəm ki, 8-ci kilometr bazarında kilosu 2 manat 25 qəpiyə olan sosiska və kolbasaları da araşdırmalıdır.
Mənşəyi bilinməyən heyvan ətindən qeyri-qanuni kolbasa və sosiska istehsal edən 20-yə qədər sex var. Heç AQTA belə onlara nəzarət edə bilmir. Təəssüf ki, bəzi kolbasa və sosiskaların qablaşdırmalarının üzərinə mal əti yazılsa da, tərkibində mal əti DNT-si aşkarlanmadı. Həmin şirkətlərin ciddi səhvi odur ki, onlar kolbasaların istehsalında camış ətindən istifadə ediblər, amma üzərinə bunu yazmayıblar.
Markalanmada bu kimi çatışmazlıqlar var. Hesab edirəm ki, bu məsələdə ictimai nəzarət olmalıdır, əhali həmin yerlər barədə məlumat verməli, qanunsuzluqları ifşa etməlidir. Çünki bu məsələdə ictimai nəzarətin böyük rolu var. Gərək müəssisələr açıq qapı günləri keçirsinlər, ictimai şəxsləri, KİV nümayəndələrini dəvət etsinlər. Bütün neqativ hallar orada çalışanların gözü önündə baş verir. Buna yol verilməməlidir”, - E.Hüseynov vurğulayıb.

AİB sədri bildirib ki, kolbasa məhsullarının üzərinə "halal" yazıb, tərkibinə donuz ətinin qatılması yolverilməzdir. Onun sözlərinə görə, ölkədə "Halal" standartların tətbiqi və sertifikatlaşdırılması ilə bağlı problemlər var.
Eyyub Hüseynov xaricdən Azərbaycana gətirilən kolbasa və sosiskaların da təhlükəli olmasına diqqət çəkib: “Xaricdən ölkəmizə idxal olunan kolbasa məhsullarının ciddi analizi aparılmalıdır. Çünki xaricdən Azərbaycana "halal" adı altında gətirilən məhsullar böyük şübhə yaradır. Bütün bunlara son qoyulmalıdır. AQTA-nın bu istiqamətdə fəaliyyəti zəruri olsa da, lakin kafi deyil”.
Akqabay Mıradov
-
Sosial21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR
-
Sosial17:55Azərbaycanda bu vəzifəli şəxslər ifşa edildi - RƏSMİ
-
Hadisə17:25Bakıda çoxmənzilli binadakı yanğın söndürüldü
-
Sosial17:22Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək





































