ABŞ
Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
ABŞ-da bir kişi sevgilisini öldürməkdə təqsirli bilinib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Hadisə 2022-ci ildə baş versə də, kişi yalnız indi məhkəmə tərəfindən günahkar sayılıb. Məlumata görə, 18 yaşlı Kaylin Fienqo 23 yaşlı sevgilisi Donovan Feysona iki müsbət hamiləlik testinin fotosunu göndərib. Kişi isə dərhal cavab verib: “Abort!!!”.
Araşdırma zamanı məlum olub ki, həmin vaxt Feyson başqa bir qadınla yaşayırmış və qadın onun sadiq olmadığından şübhələnirmiş. Bu səbəbdən uşaq onun planlarına daxil olmayıb. Polis Feysonun doğulmamış uşağın atası olub-olmadığını açıqlamayıb.
Kişi “qəzəb və təzyiq hiss etdiyini” bildirib və bu səbəbdən sevgilisindən qurtulmaq qərarına gəlib. O, qızı parka apararaq amansızcasına öldürüb.
Sonradan Kaylinin cəsədi işlək vəziyyətdə olan avtomobilin sürücü oturacağında tapılıb. Yanında USM görüntüləri də olub. Bu, qızın dostunun sayəsində mümkün olub. Belə ki, görüşdən əvvəl Kaylin ona hara gedəcəyini deyib.
Feyson uzun müddət sonra saxlanılıb və məhkəmə onu təqsirli bilib.
Hüseyn İbadlı
-
Magazin104:44Dua Lipa balkonda dərin dekolteli mini libasda poza verdi - FOTO
-
İKT03:43"Google" daha güclü neyron şəbəkəsini TƏQDİM ETDİ
-
Magazin102:42Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi - VİDEO
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
































