Sosial
4 yaşlı uşağı amansızlıqla öldürdü: Məhkəmə cəza verdi, yoxsa "istirahət"ə göndərdi?
Unutmayın, uşaqlarınız sizin deyil. Onu Yaradandan borca götürürsünüz. (Hindu atalar sözü)
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri hesab edir ki, ortada 4 yaşlı körpənin amansızlıqla öldürülməsi gerçəyi var və bu səbəbdən daha ağır cəza tətbiq edilməli idi. Yüngül cəza tətbiqi, yaxud cəzasızlıq belə qətllərin və cinayətlərin artmasında necə rol oynayır? Bu istiqamətdə qanunlara müəyyən dəyişikliklər olmalıdır?
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu çox həssas və yaralı bir mövzudur:

“Qətlə yetirilən uşaq olanda, insan bunu heç cür qəbul edə bilmir. Bu hadisədə amansızlıq var idi. Mən bilmirəm onlar hansı xüsusiyyətləri əsas tutaraq həmin cinayəti törədən şəxsə 11 il cəza veriblər. Ümumiyyətlə qərarların dəyişidirilməsi, cəzaların sərtləşdirilməsi kimlərəsə təsir edəcəkmi? Biz cəzanı artırmaqla nə əldə edəcəyik? İnanın ki, cinayət törədən şəxs o hadisənin ağırlığını, yüngüllüyünü düşünmədən bunu edir”.
O qeyd edib ki, biz uşaqların qorunması, müdafiəsi istiqamətində səy göstərməli, addımlar atmalıyıq.
“Cinsi zorakılıq, seksual davranışlara təhriklə bağlı qanunvericilikdə dəyişiklik oldu. Bu, ağır bir maddədir. Uşaqlara qarşı zorakılıqla bağlı maddə əfvə düşmür. Eyni zamanda evlilik yaşının 1 yaş azaldılması ilə bağlı təklif də Milli Məclisdə qəbul edilmədi. Belə halda erkən evliliklər azalacaq?
Əvvəllər bu iş icra hkimiyyətləri tərəfindən “nəzarətdə” idisə, birini bilib üçünü ört-basdır edirdilərsə, artıq bilib, heç nə etməyəcəklər. Çünki heç bir maraq kəsb etməyəcək. Hesab edirəm ki, uşaqların müdafiəsi üçün qanunlar sərtləşdirilməlidir”, - deyə K.Ağazadə yekunlaşdırıb.
Bəs məhkəmə hansı halları nəzərə alaraq belə hökm verib?
Hüquqşünas Babək Həmidov deyib ki, məhkəmə işin bütün hallarına baxıb, cəzanı müəyyən və tətbiq edir.

“Nəticə etibarilə sözügedən hadisə ilə bağlı cəzanın az, yaxud çox olduğunu demək üçün işin bütün halları ilə tanış olmaq lazımdır. Lakin istənilən halda, əgər zərərçəkən tərəfi qərardan narazıdırsa, apellyasiya şikayəti verə bilər”.
Ayşən Rəhim
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
















.jpg)






















