Sosial
“Azəriqaz” bu il əvəz olunmuş sayğacların sayını açıqladı
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhali sektoru üzrə əvəz olunmuş qaz sayğaclarının sayı 43 min 250 ədəd təşkil edib.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, yeni quraşdırılmış “smart-kart” tipli qaz sayğacların sayı isə 19 min 817 ədəd olub: “23 min 433 ədəd sayğac isə mexaniki tipli sayğaclardır”.
E. Vəliyev bildirib ki, eyni zamanda, bu müddətdə əhali sektoru üzrə yeni qeydiyyata alınmış abonentlərin sayı 18 min 880 nəfər olub: “Bunlardan 639 abonentə “smart-tipli” sayğac, 18 min 241 abonentə isə mexaniki tipli sayğac quraşdırılıb”.
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı






































