Sosial
Neftçalada da DOST filialı fəaliyyətə başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.
Anar Əliyev DOST mərkəzlərinin yaradılmasının Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə də yüksək qiymət aldığını bildirib.
DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib.
Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 m2-dir.
10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.
Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi və s. barədə tapşırıqlar verib.
İndiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib.
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO










.jpg)







.png)


.jpg)
.jpg)












