Sosial
ADSEA-nın rəhbərliyi Şuşa və Laçında icra olunan layihələrlə tanış oldu
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanına əsasən, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Agentliyin tabeliyinə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işləri uğurla davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər geniş müzakirə olunub. Bildirilib ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələrinin, magistral xətlərin, anbarların və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub, bərpa işləri aparılaraq şəhərə suyun verilişi təmin edilib.
2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənib. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbənin yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km uzunluğunda yeni kəmər inşa edilib. 2022-ci ilin dekabrında mənbədən şəhərə suyun verilməsi təmin edilib. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.

-
Kriminal23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin122:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE