Sosial
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
“Ölkədə bank sistemində problemsiz müştərilərin stimullaşdırılması yönündə layihələr mövcud deyil. Onsuz da bizdə birmənalı olaraq problemli müştərilərə kredit verilmir. Təəssüf ki, ölkəmizdə banklar daimi, problemsiz müştərilərinə heç bir güzəşt kompaniyası etmir və hər hansı layihələr həyata keçirmir”.
Bu sözləri Publika.az-a açıqlamasında bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

Ekspert yerli bank sektorunda problemsiz müştərilərə daha sərfəli və rahat şərtlərlə kreditin verilməsi istiqamətində hər hansı təşəbbüslərin və stimullaşdırıcı layihələrin olmamasından danışıb.
“Yadıma gəlir ki, 2015-ci ildə gerçəkləşən devalvasiyadan sonra bir çox müştəri mənə şikayət edirdi ki, “illərdir yaxşı müştəriyəm, gecikmələr etməmişəm, banka o qədər gəlir qazandırmışam, lakin mənə heç bir güzəşt edilmədi, vaxt verilmədi”. Bizim banklarda belə sistem yoxdur. İstisna olaraq bir neçəsi oxşar qaydaları tətbiq edə bilər, amma ümumilikdə sistem mövcud deyil. Sözsüz ki, qayda halında olsa və ümumi sistemə tətbiq edilsə, yaxşı olar”,- deyə o, yekunlaşdırıb.
İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, hər bir bankın spesifik kredit siyasəti mövcuddur və müştərilərə bu siyasət daxilində yanaşma göstərilir.

“Banklar problemli müştərilərə kredit vermirlər. Bankın “qara siyahı”sına düşən, kredit tarixçəsi korlanan müştərilərə onsuz da kredit vermirlər. Digər kateqoriyadan olan müştərilərə isə individual şəkildə yanaşılır. Elə müştəri olur ki, nizamlıdır, lakin kredit götürdükdən sonra ödənişlərdə müəyyən ləngitmələr edir. Bu zaman prossesə bankda risklərin idarə edilməsi istiqamətində yanaşılır.
Lakin bu o demək deyil ki, əgər bir şəxs götürdüyü krediti vaxtında ödəyibsə, növbəti dəfə onun digər parametirlərinə baxmayaraq stimullaşdırılsın. İstənilən halda təhlil ətraflı aparılır. Hesab edirəm ki, banklar bu məsələyə kifayət qədər peşəkar yanaşırlar. Hətta bəzi hallarda risklərin sığortalanması baxımından xüsusilə biznes kreditlərinə konservativ yanaşırlar”.
Ayşən Rəhim
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
















.jpg)






.jpg)













