Sosial
Komandoların növbəti buraxılış mərasimi keçirildi - Foto

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cu kursunun kursantlarının iştirakı ilə keçirilən "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Qeyd edək ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilib.




-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH
-
Qarabağ 15:41
Hərbçilərimiz separatçılarla üz-üzə gəldi: "Təslim olun, sizi öldürən deyilik" - VİDEO