Sosial
FHN zavodda təlim keçirdi - Fotolar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən Publika.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 17 ədəd texnikası və 85 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim zamanı Neft Emalı Zavodunun 1 nömrəli rezervuar parkında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.






-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO
-
ABŞ28 Noyabr 22:12
ABŞ-ın UNO PLANI: "Xüsusi hərbi hissələr göndəriləcək"
-
Sosial28 Noyabr 20:50
Arvadından bir ay sonra da özü öldü
-
Magazin128 Noyabr 20:30
Pasterdən şok addım: "Görməmisən dəli" - FOTO
-
Sosial28 Noyabr 20:20
Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ