Sosial
400 manat qazanmışdı, 2 min CƏRİMƏLƏNDİ
Teleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.
Publika.az xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul olan Sabirabad sakini, 2000-ci il təvəllüdlü A.Məlikov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifələrin 30-35 min nəfər izləyicisi olub və A.Məlikov reklam paylaşımları edib.
Məhkəmədə A.Məlikov kanalları pul qazanmaq üçün yaratdığını etiraf edib. O, ümumilikdə 400 manat qazandığını deyib.
Onun ilk dəfə cinayət törətməsi, yaşadığı yerdə müsbət xarakterizə edilməsi və digər hallar nəzər alınaraq A.Məlikova həbslə əlaqəli olmayan cəza verilib. Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 2 min manat pul cəriməsi cəzası verilib. Bununla yanaşı məhkəmənin hökmü ilə A.Məlikov 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin22 May 20:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı






























.png)

.jpg)






