Sosial
Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
Ədliyyə Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.
Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.
Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa isə Əli adı verilib.
Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.
Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi












.webp)





.jpg)







.jpg)





.jpg)




