Sosial
Ətin idxalı ucuzlaşdı, bəs bazarda vəziyyət niyə dəyişmir? - VİDEO
Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. Bu məhsulların hər kiloqramı 5 manata başa gəlib.
Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, gətirilən bu ətlərin ümumi dəyəri 148 milyon manat olub.
Bəs bu cür ucuz məhsul gətirilməsi niyə ölkədə ətin və ondan hazırlanan məhsulların qiymətinə təsir etməyib?
İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. Bununla belə, ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal çox vacibdir.
Ekspertin sözlərinə görə, idxaldan sonrakı digər rüsum və xərclər ətin maya dəyərinin artması ilə nəticələnir. Bu da təbii ki, məhsulu bahalaşdırır.
İqtisadçıların sözlərinə görə, xaricdən gətirilən ətin bir hissəsi Hindistanın payına düşür. Son vaxtlar həmçinin Rusiya, Ukrayna və Qazaxıstandan ətlə yanaşı, diri heyvanlar da gətirilir.
Mövzu ilə bağlı ətraflı "Xəzər Xəbərin" videomaterialını təqdim edirik:
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu


























.png)









