Sosial
İdarə müdiri şagirdləri qeyri-etik davranışlara yol verən məktəbdə - FOTO
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva şagirdləri qeyri-etik davranışlara yol verən məktəbə gedib.
Bu barədə Publika.az-a BŞTİ-dən məlumat verilib.
Qeyd olunub ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan qızın (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi hərəkətlərlə bağlı Mehriban Vəliyeva ilə yanaşı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüblər.
Məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































