Sosial
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
Hazırda daşınmaz əmlakların, xüsusən də həyət evlərinin satışında durğunluq müşahidə olunur. Realtorlar və alıcılar bunu müxtəlif səbəblərlə izah edirlər. Satışların azalmasına başlıca səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Alıcılar sahəsi az olan və sənədləri tam qaydasında olmayan həyət evləri üçün yüksək məbləğdə ödəniş etmək istəmirlər. Bu isə bazarda durğunluğa səbəb olur.
Bəs yaxın vaxtlarda həyət evlərinin qiymətlərində ucuzlaşma gözlənilirmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, sənədləri qaydasında olan və kommunal xidmətlərlə təmin olunmuş evlərin qiymətlərində ucuzlaşma gözlənilən deyil:
"Ucuzlaşma daha çox sənədsiz olan və kommunal xəttləri ilə təmin olunmamış evlərin qiymətlərində olacaq. Çünki bu istiqamətdə qanunvericilik sərtləşdirilib. Lakin sənədləri qaydasında olan və kommunal imkanlarla təmin olunmuş həyət evlərində qiymətlərin azalacağını düşünmürəm. Bu seqmentdə olan evlərin hər zaman alıcısı yetərincə olur və öz qiymətlərini saxlayırlar".
Ekspert sənədsiz və komunal təminatı olmayan evlərdə isə qiymətlərin enəcəyini proqnozlaşrıb:
"Bəzi işbazlar müəyyən ərazilərdə əhalinin sıxlığının yüksək olmasını və tələbatın çoxluğunu bəhanə edərək, qiymətləri bahalaşdırır. Belə işbazlar Zabrat, Masazır, Sulutəpə, Binəqədi kimi ərazilərdə torpaqların olduqca az olmasından istifadə edərək mövcud evlərin satış qiymətlərini əhəmiyyətli dərəcədə qaldırır. Onlar vaxtilə satın aldıqları torpaqlarda evlər tikərək, olduqca baha qiymətə satışa çıxarırlar. Onların alıcılara təqdim etdiyi əmlaklar isə əksəriyyət olaraq "makler evləri" kimi tanınan evlərdir. Bu səbəbdən də bazarda durğunluq yaşanır. Ancaq bu seqmentdə ucuzlaşma olacaq. Bu tip evlərin adətən sənədləri olmur. Ucuzlaşma digər seqmentlərə aid deyil. Son 3 il ərzində daşınmaz əmlakların qiyməti orta hesabla 30-35 faiz bahalaşıb. Bu səbəbdən son vaxtlar torpaq alıb fərdi ev tikən vətəndaşların sayı olduqca artmışdı".
Qeyd edək kİ, mütəxəssislər 30-35 faizlik süni artımın aradan qalxacağını proqnozlaşdırırlar. Onların qınaətinə görə, bu proses sənədləri qaydasında olmayan evlərin qiymətinin təxminən 15-20 min manat ucuzlaşmasına gətirib çıxaracaq.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































