Sosial
Direktor sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat edib? - Açıqlama
Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məlumat həqiqətə uyğun deyil: “Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.
Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.
Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi