Bir kilo albalı 17 min manata satıldı
Bizi izləyin

Sosial

Bir kilo albalı 17 min manata satıldı

Yamaqata prefekturasından bir kiloqram “Higashine Cherry” markalı albalı Tokioda keçirilən hərracda rekord qiymətə - 10 min dollara (17 min manat) satılıb.

Publika.az xəbər verir ki, Yaponiyada albalı ilə məşhur olan Hiqaşine şəhəri ən çox bu giləmeyvəni istehsal edir. Şəhər ölçü, rəng və dad baxımından ciddi standartlara cavab verən öz albalı brendini yaradıb.

2023-cü ildə bu çeşidin kiloqramı 320 dollar ucuz olub.

Yamaqata prefekturası ənənəvi olaraq Yaponiyanın ən dadlı albalı tədarükçüsü hesab olunur və ölkədə istehsal olunan ümumi giləmeyvə istehsalının 75%-ni təşkil edir.

Adətən ilk meyvələr yazın sonunda və yayın əvvəlində yetişir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm