Sosial
Son həftələrdə yağıntılar çox olub
1-13 iyun tarixlərində bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb.
Publika.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Bildirilib ki, bəzi günlərdə yağıntılar leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə daha çox qeydə alınıb.
“Belə ki, yağıntının miqdarında ən çox artım olan bölgələr Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq normanın 135-155%-i qədər yağıntı düşüb.”
Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyun ayında bölgələrdə 43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyun ayının ötən günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin intensivliyinin göstəricisidir.
“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində havanın temperaturu 4-7.2 dərəcə iqlim normasından çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 27 m/s, bölgələrdə isə 34 m/s-yə çatıb”.
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi