Sosial
Boğazına ip bağlayıb qayınanasının ayağından öpdürdükləri şəxsin atası DANIŞDI - VİDEO
Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.
Publika.az xəbər verir ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.
Zərərçəkənin atası Vidadi Kazımov bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər:
"Onu yazdığı mesaja görə döyüblər".
İddialara görə, hadisəyə səbəb isə Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, hətta Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi