Sosial
Nazir azərbaycanlı alimin həyat yoldaşına yüksək vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə rəis təyin edilib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ülvi Əhəd oğlu Mirzoyev təyin edilib.
Qeyd edək ki, Ülvi Mirzoyev 11 avqust 1976-cı ildə Bakıda anadan olub. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisi, 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olub. Azərbaycan alimi, dermatoloq Leyla Mirzoyevanın həyat yoldaşıdır.
Ülvi Mirzoyev Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədridir.
Xatırladaq ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra bu vəzifəni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi olan polkovnik-leytenant Vəfa Dadaşova icra edirdi.
-
Region14:42
İranlıların arağına ”haram” qatan 4 nəfər edam edildi
-
Yaxın Şərq14:24
"Hizbullah" Netanyahunun yataq otağını vurub: Baş nazir və xanımı Sara...
-
Qarabağ 13:35
Ərdoğan Bakı və İrəvanın sülh uğrunda səylərini yüksək qiymətləndirdi
-
Region12:11
Tavuş rayonunun yolu partladılacaq: Ermənilərə xəbərdarlıq edildi - VİDEO
-
ABŞ11:28
Bu 3 ölkə ABŞ-da seçkiləri pozmaq istəyir - Kəşfiyyat İdarəsi İZƏ DÜŞDÜ
-
Dünya11:08
Fətullah Gülənə rəhmət diləyən aparıcıya görün hansı cəza verildi - FOTO
-
Sosial10:35
Pensiya alanların nəzərinə!
-
Hadisə10:02
Bakıda aktyor və həyat yoldaşı qətlə yetirildi