Onların pensiyası yenidən artırılır
Bizi izləyin

Sosial

Onların pensiyası yenidən artırılır

Cari ilin iyun ayının əvvəlindən əmək fəaliyyətini dayandırmış pensiyaçıların, həmçinin 80 yaşına çatmış və birinci qrup əlillik almış şəxslərin pensiya ödənişlərinin məbləğinə avtomatik yenidən baxılması gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə əmək hüququ üzrə ekspert Natalya Usova məlumat verib.

“İyulun 1-dən Rusiyanın Sosial Fondu iyun ayında pensiyaya çıxan pensiyaçıların sığorta pensiyalarını heç bir ərizə təqdim etmədən avtomatik olaraq yenidən hesablayacaq. İndeksləşmədə onların fəaliyyəti zamanı əmsalların dəyişməsi nəzərə alınacaq”, - deyə Usova "RİA Novosti"yə danışıb.

O, həmçinin əlavə edib ki, pensiyaların artırılması iyulda 80 yaşını qeyd edəcək ruslara və bu ay birinci qrup əlil kimi tanınacaq şəxslərə də təsir edəcək. Onlar üçün mənzil haqqı da artacaq və bütün lazımi hesablamalar yenidən avtomatik həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, gələn il fevralın 1-dən işləyən pensiyaçıların pensiyaları indeksləşdiriləcək. İndeksləşmə 7,8 milyon işləyən pensiyaçıya təsir edəcək.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm