Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?
Bizi izləyin

Sosial

Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?

Bakıda üç bacıya məxsus 333 min manatdan artıq pulu mənimsəyən özəl tibb mərkəzinin kardioloq həkimi Dilbər Həsənəliyevaya hökm oxunub.

Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Dilbər Həsənəliyeva hotel və tikinti biznesinə sərmayə qoymaq adı ilə üç bacıya məxsus 333 677 098 manatı mənimsəyib.

Dilbər Həsənəliyevanın anası Tamilla İdris qızı Həsənəliyeva Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi, elmlər namizədi, dosent vəzifəsində çalışıb. O, anasının rəfiqəsi və iş yoldaşı Aytən adlı qadına Goranboyda hotel və tikinti biznesinə yatırım etmək təklifini edib.

Aytən özü də Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçidir. Zərərçəkmiş qadın Tamilla Həsənəliyeva ilə iş yoldaşı olduğuna və ona inandığına görə Dilbər Həsənəliyevanın təklifinə razılıq verib.

Aytənin 2005-ci ildə dünyasını dəyişən atası Nəriman Məmmədov Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən mənzilin satılaraq övladları arasında bölünməsini vəsiyyət edib. Həmin mənzil satıldıqdan sonra pullar Aytən, Gültən və Kübra bacıları arasında bölünüb. Bacılar 250 min manata yaxın vəsaiti bankların birində Aytənə etibarnamə vermək yolu ilə depozitə qoyublar.

Aytən də bacılardan xəbərsiz həmin vəsaiti çıxarıb və üstəlik öz adına 55 min manat kredit götürərək, Dilbər Həsənəliyevaya hotel tikmək adı ilə verib. Dilbər Həsənəliyeva pulları ələ keçirdikdən sonra öz şəxsi ehtiyaclarına xərcləyib.

Məhkəmənin qərarı ilə Dilbər Həsənəliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm