Səfirliklər Cəbrayıldakı partlayışla bağlı başsağlığı verdi
Bizi izləyin

Sosial

Səfirliklər Cəbrayıldakı partlayışla bağlı başsağlığı verdi

Türkiyənin Azərbaycandakı Səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışla bağlı başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:

“Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Bununla yanaşı, ABŞ-nin də Azərbaycandakı Səfirliyi hadisə ilə bağlı feysbuk hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”.

***

Fransanın Bakıdakı Səfirliyi də həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib:

“Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”.

Xatırladaq ki, bu gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm