Sosial
Milli parkların tanıtımı ilə bağlı tədbirdə mindən artıq ziyarətçi iştirak etdi
![](https://publika.az/storage/2024/06/24/448622081_1268103507487777_2258860433971581648_n.jpg?v1719568041)
“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib.
Publika.az xəbər verir ki, "Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında Dənizkənarı bulvarda baş tutan tanıtım sərgisi yerli və xarici vətəndaşların yüksək marağı ilə qarşılanıb, milli parkları ziyarət etmək istəyən şəxslərdən çoxsaylı müraciətlər daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, milli parkların tanıtım guşələrində nümayiş etdirilən məlumatlardan, ekoturizmi təbliğ edən informativ nümunələrdən xeyli sayda ziyarətçi yararlanıb.
O qeyd edib ki, “Milli parkların tanıtımı" adı altında keçirilən tədbir Azərbaycanda ekoloji turizmin potensialını, bütün ölkəni əhatə edən füsunkar təbiətimizi virtual olaraq bir arada görməyə fürsət yaradıb, istirahət mövsümündə təbiət qoynuna səyahət etmək istəyən yerli və xarici vətəndaşlara seçim imkanı verib.
“Belə kütləvi tanıtım tədbirlərinin davamlı olması nəzərdə tutulur. Məqsədimiz təbiət turizminə, ekoloji turizmə marağı artırmaq, vətəndaşlarımızı daim təbiətlə vəhdətdə olmağa, təbii sərvətlərimizə həssas münasibət göstərməyə sövq etməkdir”.
![](https://publika.az/storage/2024/06/24/448423581_1671161240391507_9210718992585921285_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448498974_3716334015311517_5169096589160679669_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448590525_988912872622888_2746230297802452625_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448590524_772659605078887_1725815266717752038_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448600223_1620650322064687_2764676660705749473_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448488308_426500040357680_7919598905749568972_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448388232_464781116277269_6811800336109478552_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448623931_1224156265242129_1634176636705572888_n.jpg)
![](https://publika.az/storage/2024/06/24/448623936_1557247835006386_5229707605340838924_n.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial13:28
Ramil Hacıyevə Qarabağ Universitetində yüksək vəzifə verildi
-
Sosial13:01
Xanımı evdən getdiyi üçün intihar etdi
-
Sosial12:21
Bu şəxslər 4 min manat cərimələnəcək - Qanun qəbul olundu
-
ABŞ12:01
ABŞ-da çaxnaşma başladı: Bayden geri çəkilir, Trampın yeni rəqibi...
-
Magazin111:36
Nəsrin Cavadzadə Bakıya gəldi - FOTO
-
Sosial11:05
Buna görə sizi postda saxlaya bilməzlər - VİDEO
-
Cənubi Qafqaz10:29
Aİ bu Cənubi Qafqaz ölkəsinə qapılarını bağlayır: görün qarşılarına hansı şərti qoydular
-
Dünya10:14
Şimali Koreya Ukrayna müharibəsinə qoşulur: Bu şəhərə qoşun yeridir - ŞOK İDDİA