Sosial
Bu yerlərdə avtobusların hərəkəti məhdudlaşdırılır
Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-nə qədər nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinə qədər) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) qismən məhdudlaşdırılıb.
Publika.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.
Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
-
Sağlamlıq02:43
Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏBLƏRİ
-
Region01:57
İranda Pezeşkian qalib gəlir
-
Region01:15
İranda ilk dəfə səslərin sayılması CANLI yayımlanır
-
Region00:50
İranda seçkilərin ikinci turunda səsvermə başa çatdı - YENİLƏNDİ
-
Region00:20
Türkiyə səmasında meteorit göründü - VİDEO
-
Qoroskop00:05
Günün qoroskopu: Reallaşmayan arzular və ya puç olan istəklər...
-
Nida Xəbər 5 İyul 23:25
Əliyev Ərdoğana “Orada da olacaq...” demişdi - Bu gün reallaşdı - VİDEO
-
İdman5 İyul 22:42
AVRO-2024: İspaniya ilk yarımfinalçı oldu - VİDEO