Sosial
İctimai dinləmə keçiriləcək

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 12 iyul 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Bu barədə Demedia.az-a Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılacaq, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrəniləcək.
İctimai dinləmədə iştirak etmək istəyənlər 12 iyul 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət olunurlar.
Əlaqələndirici şəxs: Elnur Ağayev, informasiya təminatı üzrə aparıcı mütəxəssis tel: 055-900-55-56, e-poçt: [email protected]

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı