Sosial
Gənc işçilər kütləvi şəkildə istefa verirlər - Səbəbi budur
Çində gənc işçilər arasında yeni tendensiya müşahidə olunur.
Publika.az xəbər verir ki, ölkədə “9-9-6” kimi tanınan, həftənin 6 günü səhər saat 9-dan axşam 9-a qədər olan yorucu iş səbəbindən bir çox ofis əməkdaşları istefa verirlər. Onlar işlərini tərk edərək fiziki güc tələb edən peşələrə üz tuturlar. Şirkətlərdəki gərgin iş tempi və təzyiq mühitindən sıxılan gənclər ev təmizləmək, ev heyvanlarına baxmaq kimi işlərə keçdikdə daha xoşbəxt olduqlarını deyirlər.
Vuhan şəhərində yaşayan 27 yaşlı Leon Li də bu gənclərdən biridir.
O bu barədə ABŞ-ın "CNN" telekanalına danışıb:
“İcra köməkçisi idim. Ordan çıxıb evləri təmizləməyə başladım. Özümü daha sağlam hiss edirəm. Artıq başım gicəllənmir, daha az təzyiq hiss edirəm və hər gün enerji ilə doluyam”.
Ofis işindən çıxan digər gənc isə illik maaşı 95 min dollardan çox olan 30 yaşlı Alice Vangdır. O e-ticarət şirkətindəki işindən istefa verib və ev heyvanlarına qulluq biznesinə başlayıb.
Vang əvvəlki işində özünü fiziki olaraq çox yorğun və durğun hiss etdiyini deyib:
“İndi özümü fərqli hiss edirəm. Bu iş mənim üçün daha rahatdır”.
Aysel Şahmar
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü





































