Sosial
Qusarın icra başçısı Qod Nisanovla əlbir olub? - Sahibkarlara təzyiq göstərilir - FOTO/VİDEO
Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb.
Söhbət Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.
Publika.az xəbər verir ki, sahibkarlar Vətəninfo.az-a müraciət edərək çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiyada yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.

İş adamı sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılığa gələrək sahibkarlara təzyiq edir. Sahibkarların sözlərinə görə, bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir.
Sahibkarlar bildirir ki, onlara qarşı təziqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onun adamları durur. Onlar Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir Məmmədxanovun və rayonun məmurlarının olduğunu bildirirlər.
“Turist” kafesinin sahibi Talıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə, icra başçısı Sahir Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.


-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı




















.jpg)














