Sosial
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayasindan mahrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişiklik layihəsi barədə məlumat verən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 000 manat müəyyən edilməsi təklif edilib.
Məlumat üçün bildirək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir
Qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
-
Avto18:24Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
-
Nəqliyyat18:12Piyada keçidi, yoxsa ölüm zolağı? - Video
-
ABŞ17:40"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
-
Magazin117:30İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
-
İnanc14:13Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı
-
Sosial13:26Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO
-
Sosial12:45Məktəblərdə artan insidentlərin pərdəarxası səbəbləri - VİDEO
-
Magazin212:02Hollivud ulduzu film tanıtımına elə geyimdə gəldi ki... - FOTOLAR



































