Sosial
Qədim “Quran” əlyazmasında gizli mətn tapıldı
Əbu-Dabidəki Zayed Milli Muzeyinin mütəxəssisləri min ildən əvvəl yaradılmış və İslam incəsənətinin ən böyük əsərlərindən biri sayılan, qədim əlyazma olan “Mavi Quran” adlanan kitabda gizli mətn aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə Əmirliyin "WAM" xəbər agentliyi məlumat yayıb.
"Mavi Quran" 9-cu əsrin sonu ilə 10-cu əsrin əvvəlləri arasındakı dövrə aiddir. Əlyazmanın dəqiq mənşəyi məlum deyil. Çox güman ki, Tunisdə, Əndəlüsdə və ya indiki İraqda hazırlanıb. Əlyazmanı təşkil edən 600 perqament vərəqindən yüzdən çoxu günümüzə qədər gəlib çatmayıb. Onların bəziləri şəxsi kolleksiyaçılarda, digərləri isə dünyanın müxtəlif ölkələrinin muzeylərindədir. Zayed Milli Muzeyində "Mavi Quran"ın beş səhifəsi var.
Mütəxəssislər qədim perqamenti görünən işıqda fərqlənməyən detalları üzə çıxaran spektrzonal fotoqrafiyaya məruz qoyublar. Məlum olub ki, məharətlə çəkilmiş təsvirin altında vərəqlərdən birində “Nisa” surəsinin bir parçası gizlənib. Muzey hesab edir ki, bu yolla əlyazmanı yaradanlar xəttatın buraxdığı səhvi gizlətməyə çalışıblar. Perqamentin qiyməti baha olduğundan zədələnmiş vərəqi ata bilməyiblər.
Adəm Abbaslı
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı















.png)



















