Sosial
Sabirabadda ağır qəza - 3 nəfər öldü / FOTO
Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.
Belə ki, “Toyota” markalı avtomobillə “Daewoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar Çölbeşdəli kənd sakini 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
***
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib.
Qeyd edilib ki, “Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.




-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur











.jpg)





.jpg)


















