Sosial
Ən ağıllı uşaqların hansı ayda doğulduğu məlum oldu
Elm adamları tərəfindən aparılan tədqiqat zamanı uşaqların doğum ayı ilə zəka arasında mümkün əlaqəni araşdıraraq nəticələr əldə edilib.
Publika.az xəbər verir ki, araşdırmalar nəticəsində hansı aylarda doğulan uşaqların intellekt potensialının daha yüksək olduğuna dair mühüm məlumatlar əldə edilib. Bu tapıntılara görə, uşaqların doğum ayları onların intellekt inkişafına təsir edə bilər.
ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performanslarında daha müvəffəqiyyətli olduğunu üzə çıxarıb. Araşdırmaya əsasən bu şəxslər həm orta, həm də ali məktəb səviyyəsində ən yüksək qiymətlər alıblar.
Avqust ayında doğulan uşaqlar ümumiyyətlə daha az akademik uğur qazanırlar. Məlum olub ki, idmanda uğur qazananların əksəriyyəti avqust ayında doğulub. Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında doğulduğu bildirilib.
Bu araşdırmalar göstərir ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka və ömür kimi mühüm amillərə təsir edə bilər.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto


































